Abşeron rayonunda 33 yaşlı kişinin ölümü ilə nəticələnən bıçaqlanma hadisəsi baş verib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bıçaqlanma hadisəsi Yeni Bakı Yaşayış Massivində qeydə alınıb.
İlkin məlumata görə, 33 yaşlı kişi ilə digər şəxs arasında yaranan mübahisə zamanı ona bıçaqla xəsarət yetirilib.
Kürəyindən ağır xəsarət alan şəxs Abşeron Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hazırda polis əməkdaşları tərəfindən hadisəni törədən şəxsin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görülür.
Faktla bağlı araşdırma aparılır.
Ziya Əmirxanlı
Son xəbərlər
Son Xəbərlər