Abşeronda 50 uşaq pulsuz sünnət edilib

Abşeronda 50 uşaq pulsuz sünnət edilib
Oxunma sayı: 2041

Abşeron rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə "VİMAY-MED" Tibb mərkəzi Ramazan bayramı və 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə rayonun aztəminatlı ailələrinin uşaqları üçün pulsuz sünnət xeyriyyə aksiyası keçirilib.

"Qafqazinfo" xəbər verir ki, plastik-estetik-rekonstruktiv cərrah Mirəzim Zaidov və onun əməkdaşları tərəfindən xəstələr ambulator şəraitdə müayinə edildikdən sonra onlara göstəriş üzrə “Circumcizio” (sünnət) əməliyyatı həyata keçirilib.

İki gün davam edən aksiyada ümumilikdə 50 uşaq sünnət edilib. Bu uşaqlar aztəminatlı ailələr arasından seçilib. Əməliyyatlar uğurla başa çatıb, uşaqların ailələri bu aksiyaya görə təşkilatçılara, bu işdə əməyi keçən həkim kollektivinə təşəkkür ediblər.

"VİMAY-MED" Tibb Mərkəzindən bildirilib ki, fəaliyyət göstərdikləri illər ərzində bir sıra müxtəlif xarakterli xeyriyyə aksiyaları həyata keçirilib.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi