Abşeronda ümummilli liderin abidəsi ziyarət olundu

abseronda-umummilli-liderin-abidesi-ziyaret-olundu
Oxunma sayı: 1197

Abşeron rayonunda 15 İyun - Milli Qurtuluş Günü qeyd edilir.

“Qafqazinfo” xəbər verir ki, bayramla əlaqədar Abşeron Rayon İcra hakimiyyətinin başçısı Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri, qazilər və rayon içtimaiyyəti ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Məktəblilər və uşaq bağçalarının fidanları Xırdalandakı ulu öndərin adını daşıyan parka gələrək burada hazırladıqları bədii kompozisiyaları təqdim ediblər.