“Ad günüm yaxınlaşır, mənə "Galendewagen" alsan…” - - Rəqsanə

ad-gunum-yaxinlasir-mene-quotgalendewagenquot-alsan-
Oxunma sayı: 7078


“Qafqazinfo” Axşam.az-a istinadən xəbər verir ki, sənətçi aparıcı R.Bektaşinin ona ünvanladığı “Sənin ürəyini nə ilə ələ almaq olar” sualına belə cavab verib: 

“Heç bir qızıl, brilliant məni ələ ala bilməz. Təmiz qəlb, sevgi olmalıdır. O insanda mədəniyyət, hörmət görməliyəm. Nəinki özümə qarşı, ətrafımda olan insanlara elə bir jestlər etməlidir ki, məni ələ ala bilsin”. 

Rəqsanə həmçinin mayın 25-də ad günü olduğunu bildirərək canlı yayımdan həyat yoldaşına səslənib: 

“Ad günüm yaxınlaşır. Mənə “Galendewagen” alsa, daha çox sevinərəm. Buradan həyat yoldaşıma müraciət edirəm. İstəyirəm ki, həmin avtomobildən mənə hədiyyə etsin”.