Bu ərazilərdə qaz olmayacaq

bu-erazilerde-qaz-olmayacaq
Oxunma sayı: 1556

Qazax rayonu Daş Salahlı kəndində sabah saat 10:00-dan etibarən qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismar İdarəsi məlumat yayıb.

Bildirilib ki, qaz təchizatının dayandırılması aşkar olunmuş sızmaların aradan qaldırılması ilə əlaqədardır.

“İşlər yekunlaşdıqdan sonra qazın verilişi bərpa ediləcək”, - deyə əlavə edilib.

***

Aşkar olunmuş sızmanın aradan qaldırılması, həmçinin “Qaz İxrac” İdarəsi tərəfindən görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 09:00-dan işlər başa çatanadək Binəqədi və Səbail rayonlarında bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.