“Qarabağ”ın futbolçusu Coni Montiel ciddi zədə alıb.
“Qafqazinfo” xəbər verir ki, “Neftçi”nin futbolçusu Emil Səfərov matçın 39-cu dəqiqəsində Montielə qarşı kobud oynayıb.
Bundan sonra futbolçu ağır zədələnib. Zədəsinə əsəbiləşən Montiel hakimə sərt şəkildə etiraz edib. Buna görə ispan futbolçu sarı vərəqə ilə cəzalandırılıb.
Montielin əvəzinə meydana Musa Qurbanlı daxil olub.
***
Məlumata görə, “Qarabağ”ın futbolçusu xəstəxanaya aparılıb.
Son xəbərlər
Son Xəbərlər