“Adama elə gəlir ki, Şəhrizadın nağıllarının birinə düşmüsən” - Video + Fotolar

adama-ele-gelir-ki-sehrizadin-nagillarinin-birine-dusmusen
Oxunma sayı: 3960

Ötən həftəsonu “Rossiya 1” telekanalının efirində “Po sekretu vsemu svetu” səyahət şousunun Azərbaycana həsr olunan buraxılışı yayımlanıb.

“Qafqazinfo”nun məlumatına görə, layihənin aparıcısı aktrisa Olqa Kuzmina Bakıda qonaq olub.  Azərbaycanın paytaxtına heyran olan məşhur İçərişəhər gəzintisindən sonra bunları deyib: “Burada Şərq gözəlliyi yetərincədir. Adama elə gəlir ki, Şəhrizadın nağıllarının birinə düşmüsən”. Şəhərin müasir hissəsindən danışan Kuzmina bunu əlavə edib: “Kim deyər ki, bu, gözəl deyil”.

O. Kuzmina rəssam Əli Şəmsinin emalatxanasına, Zərifə Salahovanın Miniatür Kitab Muzeyinə baş çəkib, Azərbayacan cazı haqda danışıb, bükmə bişirib və çay mərasimində iştirak edib. Bundan əlavə, aparıcı İçərişəhərdə əfsanəvi “Brilyant əl” sovet filminin iki məşhur epizodunun çəkildiyi məkanlarda da olub.

Qeyd edək ki, bu, “Kuxnya” serialında yaratdığı ofisiant Nastya obrazı ilə məşhurluq qazanan aktrisanın paytaxtımıza ilk səfəri deyil. O, daha əvvəl “Kuxnya na vıyezde” tamaşası ilə Bakıda qastrol səfərində olub.