Adil Əliyevin deputat səlahiyyətlərinə xitam verildi - Yenilənib

adil-eliyevin-deputat-selahiyyetlerine-xitam-verildi
Oxunma sayı: 4557

Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Milli Məclisin VI​ çağırış deputatı Adil Əliyevin deputat səlahiyyətlərinə xitam verilməsi məsələsi müzakirə olunacaq.

“Qafqazinfo” xəbər verir ki, bu məsələ Komissiyanın bugünkü iclasında müzakirəyə çıxarılan mövzular siyahısındadır.

Qeyd edək ki, A. Əliyev ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə Suraxanı RİH başçısı təyin edilib.

***

MSK-nın iclasında Adil Abış oğlu Əliyevin səlahiyyətlərinə xitam verilməsi ilə bağlı qərar verilib.

Gülnar Əliyeva