Adını Rumi qoydu...

adini-rumi-qoydu
Oxunma sayı: 4161

Türkiyəli müğənni Atiye yenidən ana olub.

“Qafqazinfo” xəbər verir ki, sənətçi öz instaqram hesabında yeni dünyaya gələn 3-cü qızı ilə birlikdə ailə fotosunu paylaşıb.

“Balaca Rumimizə qovuşduq. Hər şey sevgi ilə mümkündür”, - deyə müğənni yazıb.

Qeyd edək ki, Atiye 2018-ci ildə prodüser və musiqi rejissoru Erol Sebebci ilə Almaniyada ailə həyatı qurub. 2019-cu ildə Ferahfeza adlı qızı dünyaya gəlib. İkinci qızı Neva isə ötən il anadan olub.