Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birinci kurs tələbələri ilə bağlı sosial mediada paylaşılan video narazılığa səbəb olub.
“Qafqazinfo” xəbər verir ki, “TikTok” sosial şəbəkəsində “leylakenan” adlı profildən canlı yayıma çıxan şəxslər ADMİU-nun birinci kurs tələbələri ilə bağlı aşağılayıcı ifadələr işlədiblər.
Onlar universitetə yeni qədəm qoyan gəncləri hədələyərək, tələbələrə fiziki xəsarətlər yetirəcəklərini bildiriblər. Hətta bundan əvvəlki illərdə xəsarət yetirdikləri olduğunu xatırladıblar.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfilli sorğumuza cavab olaraq bildirib ki, polis məsələdən məlumatlıdır, hazırda araşdırma aparılır.
***
DİN rəsmisi Lumu İsrəfilli növbəti açıqlamasında bildirib ki, aparılan araşdırmalarla sosial şəbəkədə yayılan görüntülərdə adı keçən şəxslər Yasamal RPİ-yə dəvət olunub.
“Onlarla profilaktik söhbətlər aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokollar tərtib edilib. Həmçinin gələcəkdə bu kimi hallara yol verməmələri barədə xəbərdarlıq olunub”, - qeyd edib.
Son xəbərlər
Son Xəbərlər