ADY bu il neçə sərnişin daşıyıb?

ady-bu-il-nece-sernisin-dasiyib
Oxunma sayı: 203

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bu ilin yanvar-avqust aylarında 7,3 milyondan çox sərnişin daşıyıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı ADY məlumat yayıb.

Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18% çoxdur.

Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 6.9 milyon (17% artım), rayonlararası marşrutlarla 396 min (15% artım), beynəlxalq Bakı-Tbilisi-Bakı marşrutu ilə isə 53 min sərnişin səfər edib.

Bu ilin avqust ayında ümumi sərnişindaşımada (913 568) 24% artım qeydə alınıb.