Bu gün paytaxtın Suraxanı rayonunda kiçiktutumlu yük avtomobili yanıb.
“Qafqazinfo” xəbər verir ki, Aeroport şosesinin Ramana qəsəbəsindən keçən hissəsində - keçidin yanında avtomobil alovlanmağa başlayıb.
Hadisə yerinə cəlb edilən yanğınsöndürmə briqadası yanğını söndürüb.
***
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu, Heydər Əliyev prospektində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən “Ford” markalı yük avtomobilində baş vermiş yanğın söndürülüb.

Son xəbərlər
Son Xəbərlər