Sabah saat 09:30-dan Yevlax rayonunun Aran-1 və Aran-2 qəsəbələrinin, eləcə də Nemətabad, Duzdağ, Nərimanabad və Yəldilli kəndlərinin, mayın 15-i saat 14:00-dan isə Zərdab şəhərinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Tərtər Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, qaz təchizatının dayandırılması payız-qış mövsümünə hazırlıq və təmir-quraşdırma işləri ilə əlaqədardır.
Son xəbərlər
Son Xəbərlər