Bu gün Azərbaycan Rəssamlar İttifaqında “Rənglərlə danışan Abdurrahman” adlı sərgi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, bu, autizm spektrində olan 11 yaşlı Abdurrahman Səlimlinin ilk fərdi sərgisidir.
Burada A.Səlimlinin 70 rəsm əsəri nümayiş olunub.
O, çəkdiyi rəsmlərə görə diplomla təltif olunub.
Abdurrahman həm Azərbaycanda, həm də beynəlxalq səviyyədə keçirilən nüfuzlu sərgilərdə iştirak edib və uğur qazanıb. Bu gün keçirilən sərgidə rəssamın ailə üzvləri, yaxınları, müəllimləri, rəsmi şəxslər və media nümayəndələri iştirak ediblər.
Tədbir bədii hissə ilə davam edib.
Mədinə Useynova







Son xəbərlər
Son Xəbərlər