Aeroport yolunda yük maşını piyadanı vurub öldürdü

aeroport-yolunda-yuk-masini-piyadani-vurub-oldurdu
Oxunma sayı: 1995

Bakıda yük maşını qəza törədib.

“Qafqazinfo” xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində qeydə alınıb.

Belə ki, “Ford Tranzit” markalı yük maşınının 1991-ci il təvəllüdlü sürücüsü Famil Faxrət oğlu Cavadov hərəkətdə olarkən, 1952-ci il təvəllüdlü piyada Arif Qədimulla oğlu Fətəliyevi vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Xəzər RPİ-də cinayət işi başlanıb.