Misli Premyer Liqasının VI turunun “Sabah”la oyununda hakimi təhqir edərək birbaşa qırmızı vərəqə alan “İmişli”nin futbolçusu Luis Silvestr 4 oyunluq cəzalanıb, klubu isə 10 000 manat cərimə olunub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Sentyabrın 19-da keçirilən “Sabah” - “İmişli” matçında 5 futbolçusu sarı vərəqə aldığı üçün “İmişli” klubu daha 700 manat cərimə edilib. Həmin gün baş tutan “Turan Tovuz” - “Zirə” qarşılaşmasında 5 futbolçusu sarı vərəqə alan “Zirə” komandası da 700 manat cəriməyə məruz qalıb.
Sentyabrın 20-də oynanılan “Şamaxı” - “Araz-Naxçıvan” matçında hər iki komandanın 4 futbolçusu sarı vərəqə aldığı üçün həm “Şamaxı”, həm də “Araz-Naxçıvan” klubları 700 manat cərimələnib. “Kəpəz” - “Sumqayıt” görüşündə 5 futbolçusu sarı vərəqə alan “Sumqayıt” komandası da eyni məbləğdə cərimə olunub.
Son xəbərlər
Son Xəbərlər