Afrika Kubokunun matçından öncə 7 azarkeş öldü

afrika-kubokunun-matcindan-once-7-azarkes-oldu
Oxunma sayı: 789

Afrika Millətlər Kubokunun 1/8 finalında Kamerun və Komor adaları yığmaları arasında keçirilən oyundan əvvəl bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, oyundan öncə stadionun qarşısında yaranan izdiham nəticəsində 7 azarkeş ölüb.

Xeyli sayda yaralı və huşunu itirənlər də olub. Onların bir çox xəstəxanaya aparılıb.