“Ağcabədi batalyonu”nun komandiri vəfat etdi

agcabedi-batalyonunun-komandiri-vefat-etdi
Oxunma sayı: 1369

Birinci Qarabağ müharibəsində şücaətlər göstərmiş “Ağcabədi batalyonu”nun komandiri Tofiq Cəfərov vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, meharibə veteranı xəstəlik səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, “Ağcabədi batalyonu” 1992-ci ildə uğurlu hərbi kampaniyada fəal iştirak edib. Özünümüdafiə dəstəsi olaraq formalaşmış birlik daha sonra hərbi hissə kimi fəaliyyətini davam etdirib.