Ağcabədidə qadın bıçaqlandı - Şübhəli əridir - Yenilənib

agcabedide-qadin-bicaqlandi
Oxunma sayı: 2146

Ağcabədidə bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Qaradolaq kəndində qeydə alınıb.

Kənd sakini Səbinə Cəfərova bıçaq xəsarətləri ilə Ağcəbədi rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ağırdır.

Hadisəni törətməkdə qadının həyat yoldaşı Məhəmmədəli Cəfərov şübhəli bilinir.

Faktla bağlı Ağcəbədi rayon Polis Şöbəsində araşdırma başlanılıb.

***

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 12:00 radələrində 1995-ci il təvəllüdlü şəxs (qadın) Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub: “Qarın boşluğunun daxilə keçən kəsilmiş, deşilmiş yarası diaqnozu təyin olunan pasiyentə zəruri tibbi xidmətlər göstərilib.

Hazırda pasiyentin müalicəsi tibb müəssisəsində davam etdirilir.

Vəziyyəti orta ağır qiymətləndirilir”.

***

Ağcabədi rayonunda həyat yoldaşını bıçaqlayan şəxslə bağlı bəzi təfərrüatlar məlum olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Məhəmmədəli Cəfərovun bıçaqladığı həyat yoldaşı Səbinə Cəfərovanın onun dayısı qızı olduğu bildirilir.

Cütlüyün üç övladı var.

İlkin məlumata görə, hadisəyə ailədaxili mübahisə səbəb olub. Hadisəni törədən Məhəmmədəli Cəfərovun daha sonra polis əməkdaşlarına təslim olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı