Ah, Venesiya, Venesiya... - Fotolar

ah-venesiya-venesiya
Oxunma sayı: 5232

Venesiya (İtaliya) dünyanın ən bənzərsiz, eyni zamanda ən çox fotoşəkil çəkilən şəhərlərdən biridir. Milyonlarla insan hər il rəngli körpülərə yığışıb onun möhtəşəm meydançalarını gəzirlər. Turistlər xüsusilə burada mükəmməl şəkil əldə etməyə can atırlar.

“Qafqazinfo” CNN-ə istinadən fotoqraf Stefano Mazzolanın Venesiyada maraqlı yerlərdə foto çəkməklə bağlı tövsiyələrini təqdim edir:

Arsenale hərbi zonası Venesiyada ən yaxşı gün batımını çəkmək üçün ideal seçimdir

Bacino di San Marco və ya Bacino Orseolo günəşin doğuşunu müşahidə etmək üçün ən yaxşı yerdir

Rialto Körpüsü Venesiyanın ən təsirli və ziyarət edilən görməli yerlərindən biridir 

Şəhər panoramasını görmək üçün Venesiya Qotik Palazzo Contarini del Bovolo-nun gözqamaşdırıcı spiral pilləkənləri ilə yuxarı qalxmaq lazımdır

Venesiya şəfəqini görmək və fotoşəkil çəkmək üçün Böyük Kanala baxan Ponte dell'Accademiaya getmək kifayətdir

Corte Nuova Venesiyanın küçəsidir, burada gündəlik Venesiya həyatını müşahidə etmək olar

Şəhəri görməyin ən yaxşı yollarından biri onun Sestieri di San Polo e Santa Croce kimi yuxarı rayonlarına baş çəkməkdir