Aİ Navalnı ilə bağlı Rusiyaya yeni sanksiyalar tətbiq edə bilər

ai-navalni-ile-bagli-rusiyaya-yeni-sanksiyalar-tetbiq-ede-biler
Oxunma sayı: 767

Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri martın 13-ü Rusiyaya qarşı yeni sanksiyalar barədə razılığa gələ bilərlər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “EUObserver” portalı yayıb. 

Yeni sanksiyaların rusiyalı siyasətçi Aleksey Navalnının ölümü ilə bağlı olacağı bildirilir. 

Məlumata görə, məhdudiyyətlər Navalnının həbsi ilə əlaqəsi olan 35 rusiyalı həbsxana rəisi və hakimin aktivlərinin dondurulması və onlara vizaların verilməsinə qadağadan ibarət olacaq. Bununla yanaşı, Aİ-nin sanksiya siyahısına Rusiyanın iki həbsxanası da daxil ediləcək.

Xatırladaq ki, 47 yaşlı A.Navalnı fevralın 16-sı Yamalo-Nenets Muxtar Dairəsində yerləşən “Polyarnıy volk” xüsusi rejimli cəzaçəkmə müəssisəsində dünyasını dəyişib.