“Avropa İttifaqının Ermənistanda ikinci missiyası olacaq”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Azadlıq Radiosu”nun erməni xidməti yayıb.
Bildirilib ki, bu gün Avropa İttifaqı ölkələrinin səfirləri Brüsseldə Ermənistana yeni mülki missiyanın göndərilməsi barədə qərar qəbul ediblər.
Qərar hələ gələn həftə Aİ ölkələrinin xarici işlər nazirlərinin iclasında yekun olaraq təsdiq olunmalıdır.
“Azadlıq Radiosu” Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali komissarının missiyanın mandatı, strukturu və fəaliyyət müddəti ilə bağlı təklifinə dair sənədi əldə edib: “Bu sənədə əsasən, missiya strateji və praktiki məsləhətlər vermək, eləcə də təhlükəsizlik sahəsində fəaliyyət göstərən nazirliklərə və qurumlara dəstək göstərmək yolu ilə Ermənistanın hibrid təhdidlərə qarşı dayanıqlığını gücləndirməlidir”.
Qeyd edək ki, Avropa İttifaqının Ermənistandakı missiyası Aİ Şurasının 2023-cü il 20 fevral tarixli qərarı ilə yaradılıb və fəaliyyətə başlayıb. 30 yanvar 2025-ci ildə Aİ Şurası missiyanın mandatını 2027-ci ilin fevralın 19-na qədər uzatmaq barədə qərar qəbul edib.
Son xəbərlər
Son Xəbərlər