Türkiyənin hüquq-mühafizə orqanları iyunun 1-dən bəri baş verən meşə yanğınları ilə bağlı 44 cinayət işi üzrə istintaq aparır.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə İstanbulun baş prokuroru Akın Gürlek “X” sosial şəbəkəsində paylaşım edib.
O bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Ədliyyə, Daxili İşlər, eləcə də Kənd Təsərrüfatı və Meşəçilik nazirliklərinin koordinasiyalı fəaliyyəti nəticəsində meşə yanğınları ilə bağlı hüquqi araşdırmalar ardıcıl şəkildə davam etdirilir.
Baş prokurorun sözlərinə görə, respublika prokurorluqları aidiyyəti dövlət qurumları ilə birlikdə yanğınların başvermə səbəblərinin və məsul şəxslərin müəyyənləşdirilməsi məqsədilə bütün sübutları diqqətlə araşdırır.
Akın Gürlek qeyd edib ki, 2026-cı il iyunun 1-dən etibarən Türkiyənin 16 vilayətində baş verən 44 meşə yanğını faktı üzrə istintaq aparılır. Bu işlər çərçivəsində 29 şübhəli müəyyən edilib. Onlardan 6-sı həbs edilib, 9 nəfər barəsində isə məhkəmə nəzarəti qətimkan tədbiri seçilib.
Son xəbərlər
Son Xəbərlər