Aİ Rusiyaya qarşı 17-ci sanksiyalar paketi hazırlayacaq

ai-rusiyaya-qarsi-17-ci-sanksiyalar-paketi-hazirlayacaq
Oxunma sayı: 954

Avropa İttifaqı Ukrayna münaqişəsinə görə Rusiyaya qarşı 17-ci sanksiyalar paketini hazırlayacaq.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının diplomatiya rəhbəri Kaja Kallas Brüsseldə mətbuat konfransında deyib.

“Biz mühüm qərar qəbul etdik - 16-cı sanksiyalar paketini təsdiqlədik və 17-ci paket üzərində işləməyə davam edəcəyik” , - deyib.