“Peşəkar əməkdaşlıq konqresimizə böyük dəyər qatdı” - Fərid Rəfiyev

pesekar-emekdasliq-konqresimize-boyuk-deyer-qatdi
Oxunma sayı: 462

Mayın 9-da Bakıda keçirilən “1st IBC Oxford Baku Bariatric & Metabolic Congress” beynəlxalq elmi platforması bariatrik və metabolik cərrahiyyə sahəsində mühüm hadisələrdən biri oldu. Konqresə dünyanın müxtəlif ölkələrindən dəvətimizi qəbul edərək qatılan dəyərli qonaqlarımıza - prof. Haris Khvaja, prof. Safvan Taha, prof. Asim Shabbir və prof. Mahir Ozmen və yerli həmkarlara xüsusi təşəkkürümü bildirirəm.

Bu sözləri “IBC Oxford”un Azərbaycandakı prezidenti PhD.MD. Fərid Rəfiyev bildirib.

“Sizin iştirakınızla keçirilən elmi müzakirələr, təcrübə paylaşımı və peşəkar əməkdaşlıq konqresimizə böyük dəyər qatdı. Konqres çərçivəsində canlı əməliyyatlar, “master-class” təlimləri və yüksəksəviyyəli elmi sessiyalar təşkil olundu. Bu görüş yalnız elmi deyil, eyni zamanda dostluq və beynəlxalq əməkdaşlıq baxımından da unudulmaz oldu.

Tədbir daha sonra Xankəndi şəhərində, Qarabağ Universitetində davam etdi. Xarici qonaqlarımızla birlikdə həm Xankəndi şəhərini, həm də Şuşanı ziyarət edərək Azərbaycanın tarixi, mədəni irsi və gözəlliklərini tanıtmaq fürsəti əldə etdik.

Bu möhtəşəm konqresin həyata keçirilməsində göstərilən böyük dəstəyə görə Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinə və xüsusilə prof. Gurbankhan Muslumova dərin təşəkkürümü bildirirəm.

Konqresdə iştirak edən bütün həmkarlarımıza, məruzəçilərə, tərəfdaşlara və təşkilat heyətinə minnətdaram. Birlikdə elmin və cərrahiyyənin gələcəyinə töhfə verməyə davam edəcəyik”, - o qeyd edib.