“Sabah”ın ÇL-dəki potensial rəqibləri bəlli olur

sabahin-cl-deki-potensial-reqibleri-belli-olur
Oxunma sayı: 935

Azərbaycan çempionu olan “Sabah”ın UEFA Çempionlar Liqasındakı potensial rəqiblərinin əksəriyyəti bəlli olub.

“Qafqazinfo” xəbər verir ki, Masazır klubu aşağıdakı komandalardan biri ilə qarşılaşa bilər. 

“Şemrok Rovers” (İrlandiya)
 KuPS (Finlandiya)
“Drita” (Kosovo)
“Linkoln Red İmps” (Cəbəllütariq)
“Borats” (Bosniya və Herseqovina)
“Vikinqur” (İslandiya)
“Kayrat” (Qazaxıstan)
“Universitatya Krayova” (Rumıniya)
“Riqa” (Latviya)
“Klaskvik” (Farer adaları)
“Flora” (Tallin)
“Larn” (Şimali İrlandiya)
“Petrokub” (Moldova) 

“Sabah”ın daha bir rəqibi Uels təmsilçisi TNS ola bilər. 

ÇL-in ilk təsnifat mərhələsinin püşkatması iyunun 16-sı keçiriləcək. 

Qeyd edək ki, bu raundun ilk oyunları iyulun 7-8-i və cavab matçları isə 14-15-i baş tutacaq.