“Şəhərin uğuru göydələnlərin tikilməsi deyil, bütün vətəndaşlarına qucaq açmasıdır”

seherin-uguru-goydelenlerin-tikilmesi-deyil-butun-vetendaslarina-qucaq-acmasidir
Oxunma sayı: 363

“Prezident İlham Əliyev Bakını elə bir şəhərə çevirib ki, burada hər kəs gələcəkdən danışır”.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, bunu Bolqarıstan Prezidenti İliyana Yotova WUF tarixində ilk dəfə Bakıda keçirilən Liderlər Sammitində çıxışı zamanı deyib.

O, öncə tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib: “Prezident İlham Əliyev Bakını elə bir məkana çevirib ki, burada hər kəs gələcəkdən danışır. Hazırda dünyada 2,8 milyard insanın mənzili yoxdur. Problemin həll olunması üçün qarşıdakı onillikdə hər saniyədə bir mənzil tikməlidir. Bu sadəcə bazar yox, ədalət məsələsidir. Bir şəhər insanlarını mənzillə təmin etmək gücünü itirdikdə insanını itirir. Müasir şəhər heç kimin özünü atılmış hiss etmədiyi məkandır. Biz bu gün meqaregionlardan danışırıq. Bu reallığı rədd edə bilmərik, lakin onlar artıq işləmir. Biz prinsiplərə əsaslanan idarəetmə yaratmalıyıq. Burada hökumətlər və icmalar bir yerdə işləməlidir”.

L.Yotova daha sonra qlobal iqlim dəyişikliyindən bəhs edərək bu prosesin regionlara təsirinə toxunub: “Alimlər xəbərdarlıq edirlər ki, əgər belə davam edərsə, insanlar öz regionlarını tərk edəcəklər. Biz Avropa İttifaqının üzvüyük, amma ölkəmiz əhalinin qocalması, daxili miqrasiya kimi problemlərlə üzləşir. Bir ailə artıq şəhərdə özünə ev ala bilmirsə, onun gələcəyə ümidi qalmır. Problemlər eyni olanda həll yolları da bənzər olmalıdır. Bizim investisiyalarımız insanlara yönəlməlidir. Ağıllı şəhər sistemləri insanlara xidmət edəndə məna qazanır. Şəhərlər insanları gəlirlərinə, və nəsillərinə görə parçalamamalıdır. Şəhərin uğuru göydələnlərin tikilməsi deyil, bütün vətəndaşlarına qucaq açmasıdır. Şəhər o zaman böyüyür ki, insan özünü orada süni hiss etmir. Bakını tərk edərkən bir bəyanatla yox, iradə ilə geri dönmək istəyirəm”.