Aİ sammitində Gürcüstana namizəd ölkə statusu verilib

ai-sammitinde-gurcustana-namized-olke-statusu-verilib
Oxunma sayı: 1671

Aİ sammitində Gürcüstana ittifaqa namizəd ölkə statusunun verilməsi qərara alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel “X” səhifəsində məlumat verib.

Qeyd edək ki, Avropa ölkələrinin başçıları Ukrayna və Moldovanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlara başlamaq haqda qərar qəbul ediblər.