ADY rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət etdi - Fotolar

ady-rehberliyi-heyder-eliyevin-mezarini-ziyaret-etdi
Oxunma sayı: 2583

Azərbaycan Dəmir Yolları rəhbərliyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Ulu Öndərin məzarını ziyarət edib, xatirəsini dərin ehtiramla anıb.

“Qafqazinfo” xəbər verir ki, həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi yad edilib.