“Neftçi” “Kəpəz”i darmadağın etdi

neftci-kepezi-darmadagin-etdi
Oxunma sayı: 1865

Bu gün Azərbaycan Premyer Liqasında 34-cü tura start verilib.

“Qafqazinfo” xəbər verir ki, ilk gündə bir oyun baş tutub.

“Neftçi” doğma meydanda “Kəpəz”lə qarşılaşıb. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan paytaxt təmsilçisi bu oyunda böyükhesablı qələbəyə sevinib.

“Araz-Naxçıvan” – “Turan Tovuz” və “Zirə” – “Qarabağ” oyunları sabah, “Qəbələ” – “Sabah” və “Sumqayıt” – “Səbail” matçları isə mayın 12-də keçiriləcək.

Azərbaycan Premyer Liqası
34-cü tur
10 may

“Neftçi” – “Kəpəz” 5:1
Qollar: Andre Şinyaşiki, 44; 47; 76. Brayan Moreno, 45+2. Ağadadaş Salyanski, 86 – Latir Fall, 36.
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Müslüm Əliyev, Əli Əliyev
Bakı. “Neftçi Arena”, 19:00.