Mbappe PSJ-dən ayrılacağını rəsmən açıqladı

mbappe-psj-den-ayrilacagini-resmen-aciqladi
Oxunma sayı: 2233

PSJ-nin ulduz futbolçusu Kilian Mbappe bu mövsümün sonunda Paris klubundan ayrılacaq.

“Qafqazinfo” xəbər verir ki, o, bu barədə rəsmi instaqram hesabında paylaşım edib.

“Hamınıza bildirmək istəyirəm ki, PSJ-də son mövsümümü keçirirəm. Müqaviləmi yeniləməyəcəyəm, ona görə də bu macəra bir neçə həftəyə bitəcək” - 25 yaşlı hücumçu bildirib.

Qeyd edək ki, Mbappe 2017-ci ildən PSJ-də çıxış edir.