“Ailə institutlarına çox böyük təhdidlər var”

aile-institutlarina-cox-boyuk-tehdidler-var
Oxunma sayı: 2493

“Hazırda ölkəmizdə ailə institutlarına çox böyük təhdidlər var”. 

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini Firudin Qurbanov parlamentdə “Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində” mövzusunda keçirilən ictimai dinləmədə bildirib.

Nazir müavini qeyd edib ki, bu, tək bizdə yox, demək olar, bütün dünyada belədir: “Əsas məsələ odur ki, biz ailə dəyərlərini nə qədər qoruyub saxlayırıq? Bu gün gələcək nəsillərə ənənələrin ötürülməsində böyük təhlükələr var. Görəsən, biz bunu bacara biləcəyik?”

Zaur Mirzə