Akademik seçilən məmur və deputatlar- - Siyahı

akademik-secilen-memur-ve-deputatlar-
Oxunma sayı: 7000


“Qafqazinfo”nun məlumatına görə, akademik seçilənlər arasında Milli Məclisin deputatları, məmur və institut direktorları da var. Həmin şəxslərin siyahısını təqdim edirik.

AMEA-nın həqiqi üzvü seçilənlər:

Asəf Hacıyev (deputatdır). İxtisası: Riyaziyyat.

Rasim Əliquliyev (AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktorudur). İxtisası: İnformatika.

Adil Qəribov (AMEA Radiasiya Problemləri İnstitutunun direktorudur). İxtisası: Kimya

Kamal Abdulla (Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviridir). İxtisası: Dilçilik.

Rafael Hüseynov (deputat). İxtisası: Ədəbiyyatşünaslıq.

Qurban Yetirmişli (Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktorudur). İxtisası: Seysmologiya

Tofiq Hacıyev (Nəsimi adına Dilçilik İnstitutunun direktorudur). İxtisası: Dilçilik.

AMEA-nın həqiqi üzvü seçilib:

Gövhər Baxşəliyeva (deputat və  AMEA-nın Akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktorudur). İxtisası: Şərqşünaslıq.