Akif Əlinin “Mirzə Ələkbər Sabir”i

akif-elinin-mirze-elekber-sabiri
Oxunma sayı: 2349

“Qafqazinfo” xəbər verir ki, “Mirzə Ələkbər Sabirin satira sənətkarlığı” adlı kitab Mirzə Ələkbər Sabirin 150 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 1 iyun 2010-cu il tarixli Sərəncamına uyğun olaraq, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Təhsil” nəşriyyatında çap olunub. Kitab müəllifin ön sözü ilə və M.Ə.Sabirin həyat və yaradıcılığı haqqında oçerklə açılır. “Molla Nəsrəddin” ədəbi məktəbinin görkəmli nümayəndəsi, dahi Azərbaycan mütəfəkkiri, şair-publisist Mirzə Ələkbər Sabirin anadan olmasının 150 illik yubileyinə həsr olunmuş kitaba müəllifin ayrı-ayrı vaxtlarda M.Ə.Sabir haqqında yazdığı monoqrafiya və məqalələr daxil edilib. Oxucuların Cabir yaradıcılığının mahiyyətini daha dərindən dərk etməsi və onun haqqında daha geniş təsəvvür əldə etməsi üçün kitaba həmçinin “Hophopnamə”dən bəzi şerlər və mövzuya dair illüstrasiyalar da daxil edilib.

Kitabda Akif ƏLİ-nin müxtəlif illərdə qələmə aldığı “Milli dirçəlişimizin beşiyi başında”, “Sabir bizə nələri deyirdi...”, “Ötəri tənqid” adlı bədii-publisistik məqalələri, “M.Ə.Sabirin satira sənətkarlığı” elmi monoqrafiyası daxil edilmiş, sonda “Hophopnamə”dən seçmələr verilib.