Aldadıb bank kartından pul çıxardılar

aldadib-bank-kartindan-pul-cixardilar
Oxunma sayı: 1146

Polis Bölməsinə müraciət edən Binə qəsəbə sakini E.Qənbərov oktyabrın 9-da saat 19 radələrində qəsəbə ərazisində 2 nəfərin onu aldadaraq bank hesabından 200 manatını çıxarmasını bildirib.

“Qafqazinfo” xəbər verir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinənlər, əvvəllər məhkum olunmuşlar - qəsəbə sakini T.Əliyev və Ucar rayon sakini S.Hüseynov saxlanılıblar.