Azərbaycan idmançısı ilə görüşdə erməni rəqibi diskvalifikasiya olundu

azerbaycan-idmancisi-ile-gorusde-ermeni-reqibi-diskvalifikasiya-olundu
Oxunma sayı: 178

Xorvatiyanın Poreç şəhərində boks üzrə U-23 Avropa çempionatı davam edir.

“Qafqazinfo” xəbər verir ki, 39 ölkədən 276 idmançının qatıldığı yarışın ikinci günündə Azərbaycan millisinin daha bir idmançısı mərhələ adlayıb. 

Səbuhi Əlizadə (+90 kq) 1/8 finalda İşxan Hovsepyanı (Ermənistan) mübarizədən kənarlaşdırıb. 3 xəbərdarlıq alan rəqib diskvalifikasiya olunub. 

Əlizadə 1/4 finalda ilk mərhələdən azad olan Kiril Georgiyevlə (Bolqarıstan) qarşılaşacaq. Döyüş noyabrın 20-də olacaq.