“Qafqazinfo” xəbər verir ki, canlı yayımda sualları cavablandıran dövlət başçısı Ukraynadakı son durumu da müzakirə edib. Putin Ukraynada Rusiya Silahlı Qüvvələrinin köməyindən istifadə etməsinə ehtiyac qalmayacağına ümid etdiyini bildirib.
Ukrayna prezidenti Yanukoviçin yerinə olsaydı hansı addımı atardı sualına cavab olaraq, Putin keçmiş KQB işçisi olduğunu xatırladaraq orada aldığı tərbiyənin əsasının xalqına və dövlətinə qarşı mütləq sadiqlik olduğunu vurğulayıb.
Putin həmçinin Ukraynada konstitusiya dəyişikliyi olmadan prezident seçkilərinin keçirilməsinin mümkün olmadığını deyib.
***
Canlı yayımda Putinə ünvanlanan suallardan biri isə prezidenti və zalda əyləşənləri də güldürüb. Sual isə Krımın Rusiyaya birləşdiriməsindən sonra sosial şəbəkələrdə sürətlə paylaşılan və Putinin guya Alyaskanı “Ays-Krım” adlandırması ilə əlaqəli olub.
Yarı zarafatla verilən “Alyaskanı almağı düşünürsünüzmü?” sualına cavab olaraq Putin də gülüb və məsələdən xəbərdar olduğunu bildirib: “Əzizim, Faina İvanovna, Alyaska sizin nəyinizə lazımdır?”.
***
Putin həmçinin son zamanlar Avropanın Rusiyaya sanksiya tətbiq edərək bu ölkədən qaz idxalına son qoyulması ilə bağlı səsləndirilən iddialara da cavab verib və bəyan edib ki, Avropa Rusiya qazından imtina edə bilməz.
Son xəbərlər
Son Xəbərlər