“Amazon” daha 9 min nəfəri işdən çıxaracaq

amazon-daha-9-min-neferi-isden-cixaracaq
Oxunma sayı: 1438

ABŞ-nin e-ticarət nəhəngi “Amazon”, yaxın həftələrdə daha 9 min işçisini işdən çıxaracağını açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqdaAmazon”nun Baş İcraçı Direktoru (CEO) Endi Cassi şirkət işçiləri ilə paylaşdığı mesajda məlumat verib.

Cassi, ​​yaxın bir neçə həftə ərzində əsasən “AWS”, “PXT”, “Twitch” və reklamdan olan təxminən 9000 işçini işdən çıxarmağı planlaşdırdıqlarını bildirib.

İqtisadiyyatda mövcud və gələcək qeyri-müəyyənliklərə işarə edən Cassi, ​​“Bu çətin bir qərar idi, lakin biz bunun uzun müddətdə şirkət üçün ən yaxşısı olduğunu düşünürük”, - deyib.

Qeyd edək ki, “Amazon” yanvar ayında 18 min işçisini işdən çıxarmışdı.