Analarımıza ürək-dirək verin…

analarimiza-urek-direk-verin-
Oxunma sayı: 2881


“Əsgər məktubu / arxa cəbhəyə!”

Sizə zəfər gətirəcəyik

Bizə məktub yazın heç olmasa 

Sətirlərdən ürəyiniz boy versin 

Səbirlə dinləyin şikəst qayıdan 

Əsgər yoldaşlarımızın gecə sayıqlamalarını 

Üz çevirib getməyin uşaqlarımız dilənəndə 

Su verin 

Çörək verin! 

Atalarımıza siqaret 

Analarımıza ürək-dirək verin… 


Sizə zəfər gətirəcəyik 

Bizə barıt qoxusu dadmayan 

Səhər saxlayın 

Bir az günəş 

Bir az dəniz… 

Bir az da soyuq xırdalan pivəsi 

Şəxsən mənim üçün 


Və sevməyin ay əclaflar,

Bizi gözləyən qadınları