Anar Məmmədov Tərtərdə şəhid ailəsini ziyarət etdi - Fotolar

anar-memmedov-terterde-sehid-ailesini-ziyaret-etdi
Oxunma sayı: 330

97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən Milli Məclisin deputatı Anar Məmmədov 44 günlük Vətən müharibəsində ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş, Tərtər rayonunun Qaynaq kəndindən olan şəhid Taleh Oktay oğlu Məhərzadənin ailəsində qonaq olub, ailənin qayğıları ilə maraqlanıb.

“Qafqazinfo” xəbər verir ki, görüşdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısının müavini, YAP Tərtər rayon təşkilatının məsul əməkdaşı, rayonun baş axundu və şəhid ailələrinin üzvləri iştirak ediblər. 

Anar Məmmədov şəhidin valideynlərinə başsağlığı verərək bildirib ki, vətənimizin ərazi bütövlüyü uğrunda canını fəda edən bütün qəhrəmanlarımız xalqın sevimlisinə çevrilib və onlar heç bir zaman unudulmayacaq. Millət vəkili şəhid ailəsinin qayğıları və problemləri ilə maraqlanıb. Şəhid ailələrinə göstərilən diqqət və qayğının bundan sonra da daimi olaraq davam etdiriləcəyini qeyd edib.

Şəhidin ailə üzvləri şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.