Ani Lorak Rusiya vətəndaşlığı almaq istəyir

ani-lorak-rusiya-vetendasligi-almaq-isteyir
Oxunma sayı: 3850

Ukraynanın Xalq artisti Ani Lorak Rusiya vətəndaşlığı almaq istəyir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” müğənninin yaxınlarına istinadən bildirib.

“Karolina Kuek (artistin əsl adı-red.) hələ fevral ayında Rusiya vətəndaşlığı almaq üçün ərizə verib”, - agentliyin həmsöhbəti deyib.

Xatırladaq ki, 2016-cı ildə Rusiya Dövlət Dumasının deputatı Vitali Milonov Ani Loraka Rusiya pasportu ala bilməsi üçün kömək təklif etmişdi. O vaxt artistin nümayəndəsi bildirmişdi ki, Ani Lorak Ukrayna vətəndaşlığını dəyişmək fikrində deyil.