Antalyada meşə yanıb - Fotolar + Yenilənib

antalyada-mese-yanib
Oxunma sayı: 1980

Türkiyədə meşəlik ərazi yanır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.

Bildirilib ki, yanğın Antalyanın Kəmər rayonunda qeydə alınıb. İndiyə kimi 0,3 hektar ərazinin yandığı açıqlanıb.

Hazırda yanğının tam söndürülməsi üçün tədbirlər görülür.

***

Məlumata görə, yanğın nəzarətə alınıb.