Küləkli hava nə vaxtadək davam edəcək?

kulekli-hava-ne-vaxtadek-davam-edecek
Oxunma sayı: 3389

Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, ölkə ərazisinin  bəzi yerlərində şimal-qərb küləyi  əsir.

Hazırda Bakıda və Abşeron yarımadasında küləyinin sürəti 20 m/ s, Culfa, Naftalanda 18 m/s-dir. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2 mertdir.

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraitinin mayın 1-i gündüz tədricən mülayimləşəcəyi, gecəyə doğru yenidən güclənəcəyi və mayın 3-ü gündüzədək fasilələrlə davam edəcəyi gözlənilir.