Araqçının Davos forumunda iştirakına - İcazə verilmədi

araqcinin-davos-forumunda-istirakina
Oxunma sayı: 738

İran xarici işlər naziri Seyid Abbas Araqçı builki Davos İqtisadi Forumunda iştirak etməyəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Dünya İqtisadi Forumu “X” hesabında paylaşıb. 

Bildirilib ki, İranda etirazçıların ölümü ilə nəticələnən aksiyalardan sonra Araqçının bu tədbirdə iştirakı düzgün hesab olunmur:

“İranın XİN rəhbəri forumda iştirak etməyəcək. İranlı nazir ötən payız tədbirə dəvət olunsa da, son bir neçə həftə ərzində İranda mülki şəxslərin faciəvi şəkildə həlak olması, İran hökumətinin bu il Davosda təmsil olunmasının doğru olmadığını göstərir”.

Xatırladaq ki, bu il Davos İqtisadi Forumu yanvarın 19-dan 23-nə qədər keçiriləcək.