Arda Güler Superkubokda meydana çıxa bilər

arda-guler-superkubokda-meydana-cixa-biler
Oxunma sayı: 2480

“Real”ın türkiyəli yarımmüdafiəçisi Arda Güler İspaniya Superkubokunun yarımfinalında “Atletiko”ya qarşı oyun üçün iştirak ərizəsinə salınıb.

“Qafqazinfo” xəbər verir ki, baş məşqçi Karlo Ançelotti sabah keçiriləcək matçda ona şans verə bilər. 

Madrid derbisi yanvarın 10-da saat 23:00-da Səudiyyə Ərəbistanının “Al-Avval” stadionunda baş tutacaq. 

Xatırladaq ki, A.Güler “Real”da yanvarın 7-i keçirilən İspaniya kubokunun 1/16 finalında “Arandina” ilə oyunda debüt etmişdi.