Arda Turan komandanı tərk etmək üzrədir

Arda Turan komandanı tərk etmək üzrədir
Oxunma sayı: 450

Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, “sarı-qırmızılı” klubun prezidenti Ünal Aysal Lig TV-yə verdiyi müsahibəsində ulduz futbolçunun komandadan ayrılmaq istədiyini təsdiqləyib.

Aysal Arda ilə danışdıqlarını, ancaq onu yola gətirə bilmədiklərini söyləyib: “Həm biz, həm də Fatih Terim Ardanın qalmasını istəyirdik. Buna görə illik gəlirini 50 faiz artırdıq. Ancaq bu da onu fikrindən döndərə bilmədi”.

Yarımmüdafiəçinin komandadan ayrılma səbəblərinə aydınlıq gətirən klub prezidenti ona mane olmayacaqlarını bildirib: “Getmək istəməsinin səbəbi nə pul, nə də başqa amillərdir. Sadəcə Arda artıq Avropada oynamaq istəyir. O, öz qərarını verib. Futbolçuya mane olmayacağıq. Bu iş bu gün bitəcək”.

Qeyd edək ki, Arda ilə Rusiyanın “Anji” və İspaniyanın “Atletiko” klubları yaxından maraqlanırlar.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi