İngilislər önə keçir - Canlı-Yenilənir

ingilisler-one-kecir
Oxunma sayı: 6141

Bu gün DÇ-2026-da 2-ci finalçının da adına aydınlıq gələcək.

“Qafqazinfo” xəbər verir ki, İngiltərə “Atlanta Stadium”da son çempion Argentina ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bu cütün qalibi isə finalda İspaniyaya rəqib olacaq.

Dünya çempiontları tarixində İngiltərə 1 (1966-cı il), Argentina isə 3 dəfə (1978, 1986, 2022-ci illər) qalib olmağı bacarıb. Ümumilikdə İngiltərə 2, Argentina 6 dəfə finalda qüvvəsini sınayıb.

Qeyd edək ki, final oyunu iyulun 19-da keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

DÇ-2026, yarımfinal 15 iyul

23:00. İngiltərə - Argentina.

***

Komandaların start heyətləri bəlli olub:

İngiltərə: 1 Cordan Pikford, 5 Con Stounz, 6 Mark Qehi, 24 Ris Ceyms, 25 Ced Spens, 4 Deklan Rays, 8 Elliot Anderson, 10 Cud Bellinqem, 17 Morqan Rocers, 9 Harri Keyn (k), 18 Entoni Qordon.

Ehtiyat oyunçular: 13 Din Henderson, 23 Ceyms Trafford, 2 Ezri Konsa, 3 Niko O'Rayli, 12 Trevo Çaloba, 15 Den Börn, 14 Cordan Henderson, 16 Kobbi Maynu, 21 Ebereçi Eze, 7 Bukayo Saka, 11 Markus Reşford, 19 Olli Uotkins, 20 Noni Madueke, 22 İvan Toni.

Baş məşqçi: Tomas Tuxel.

Argentina: 23 Emiliano Martines, 3 Nikolas Talyafiko, 6 Lisandro Martines, 13 Kristian Romero, 26 Nahuel Molina, 5 Leandro Paredes, 20 Aleksis Mak Allister, 24 Enso Fernandes, 9 Xulian Alvares, 10 Lionel Messi (k), 17 Culyano Simeone.

Ehtiyat oyunçular: 1 Xuan Musso, 12 Xeronimo Rulli, 2 Markos Senesi, 4 Qonsalo Montiel, 19 Nikolas Otamendi, 25 Fakundo Medina, 7 Rodriqo De Paul, 8 Valentin Barco, 11 Covani Lo Çelso, 14 Exekiel Palasios, 15 Niko Qonsales, 16 Tiaqo Almada, 18 Niko Pas, 21 Xose Manuel Lopes, 22 Lautaro Martines.

Baş məşqçi: Lionel Skaloni.

***

Matç başladı.

***

Fasilə.

***

İkinci hissə başladı.

***

Entoni Qordon 55-ci dəqiqədə hesabı açır.