“Arpaçay”a düşən traktorçu belə xilas edildi - Video

arpacaya-dusen-traktorcu-bele-xilas-edildi
Oxunma sayı: 658

Naxçıvan Muxtar Respublikası, “Arpaçay” çayının Şərur rayonunun Yuxarı Daşarx kəndindən keçən hissəsində vətəndaş köməksiz vəziyyətdə qalıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dərhal əraziyə Naxçıvan Muxtar Respublikası FHN-in xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, vətəndaşın çay yatağında traktorla dib dərinləşdirmə işləri apardığı zaman ani gələn sel nəticəsində həyati təhlükəli vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə tədbirləri nəticəsində çayda köməksiz vəziyyətdə qalan 1987-ci il təvəllüdlü Cəfərov Elmir Məhərrəm oğlu xilas edilib.