Astaranın “Bulvarı”nda dənizdə batan var

astaranin-bulvarinda-denizde-batan-var
Oxunma sayı: 475

Astara rayonunda bir nəfər dənizdə batıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Xəzər dənizinin Astara şəhəri sahilindəki “Bulvar” ərazisində baş verib.

İlkin məlumata görə, həmin şəxs Masallı rayonunun Kosagül kənd sakinidir.

Hazırda müvafiq qurumlar tərəfindən şəxsin axtarışları aparılır.

Surxay Şahbazov