Astaranın kəndlərini su basdı, körpülər dağıldı - Video

astaranin-kendlerini-su-basdi-korpuler-dagildi
Oxunma sayı: 2358

Astara rayonuna yağan güclü yağışlar bir neçə kənddə fəsadlar törədib. Rayonun Ərçivan kəndi sel sularının altında qalıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. 

Fasiləsiz yağan yağışlar nəticəsində Ərçivan kəndində yerləşən fərdi evlərə, həyətyanı sahələrə su dolub. Təsərrüfatlara ciddi ziyan dəyib.

Qeyd edək ki, intensiv yağışlar, həmçinin Astara rayonunun Təngərüd, Şiyəkəran, Pensər kənlərinə də ziyan vurub. Körpüləri selin apardığı, gediş-gəlişin çətinləşdiyi bildirilir. Sel suları vətəndaşların həyətyanı sahələrinə dolub. Meyvə bağları, təsərrüfatlar ziyansız ötüşməyib.